Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ölkəsi İtaliya mətbuatına geniş müsahibə verib.

Futbolinfo.az saytı xəbər verir ki, əsasən A Seriyasındakı mübarizədən danışan 67 yaşlı mütəxəssis yığmamızla bağlı bir sualı da cavablandırıb. O, AVRO-2024-ün seçmə mərhələsi öncəsi komandasının durumunu dəyərləndirib: “Növbəti Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə inanılmaz bir qrupdayıq. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, birinci yeri tuta bilmədik. Qazaxıstana səfər oyununda uduzduq. Halbuki qalib gəlmək üçün inanılmaz statistikamız var idi. Bununla belə, ardıcıl beş oyunda qələbə qazandıq. Azərbaycan millisinin tarixində heç vaxt bu hal yaşanmamışdı. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”.

De Byazi İtaliyada çalışmaq həvəsində olmadığını da əlavə edib: “Milli komandaya, hətta xarici kluba üstünlük verirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp