Avropada transfer pəncərəsinin bağlandığı gün daha iki futbolçu Asiyaya yollanır. Səudiyyə Ərəbistanı klubları bu keçidləri yekunlaşdırmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, “Əl İttifaq” Jorjinyo Veynaldumun transferini həll edib. PSJ niderlandlı yarımmüdafiəçini 9 milyon avroya satmağa razılaşıb. Parislilərin ötən mövsüm “Roma”ya icarəyə verdiyi 32 yaşlı oyunçu bu dəfə satılacaq.

Asiyaya yol alan digər futbolçu Yannik Karraskodur. “Atletiko” belçikalı cinah hücumçusunu “Əl Şabab”a 15 milyon avroya satmağa razılaşıb. 8 ildir madridlilərə məxsus olan 29 yaşlı oyunçu ərəblərlə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Hər iki transferin tezliklə rəsmiləşməsi gözlənilir.

skysports yannick carrasco 4900401 - Futbolinfo.az
Shares: