“Mançester Siti” “Vulverhempton”dan Mateus Nunyesi heyətinə qatdı. Günlərdir davam edən danışıqların yekununda tərəflər ortaq məxrəcə gəldi.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı oyunçu bu keçidin reallaşması üçün hətta klubuna təzyiq etdi. O, “Vulverhempton” rəhbərliyini razı salmaq üçün komandanın son məşqlərini boykot etdi. Belədə Premyer Liqa klubu getmək istəyən yarımmüdafiəçini saxlamamaq qərarına gəldi.
Bu gün Koul Palmeri “Çelsi”yə satan “şəhərlilər” əvəzində Nunyesi transfer etdi. Onun üçün 60 milyon avro xərcləndi. 5 illik müqavilə bağlayan oyunçunun özünün nə qədər qazanacağı açıqlanmır.
25 yaşlı oyunçunun ötən yay 45 milyon avro qarşılığında “Sportinq”dən “Vulverhempton”a keçdiyini xatırladaq.