“Kəpəz” daha bir gürcü futbolçunu heyətinə qatmaq istəyir. Mate Kvirkviya ötən yay komandaya gətirə gəncəlilər indi də Giorgi Papunaşviliyə elçi düşüb.

Futbolinfo.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı hücumçu artıq ölkəmizdədir. “Telavi”nin üzvü ilə razılıq əldə olunub, bir illik müqavilə ilə bağlı tezliklə açıqlama verilməlidir.

Mövsümün ilk yarısını “Samtredia”da keçirən Giorgi “Telavi”də ancaq kubok matçlarında forma geyib. Tiflis “Dinamo”sunun yetirməsi vaxtilə İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyib. Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında da forma geyən hücumçunun karyerası uğursuz alındığından martda ölkəsinə qayıdıb.

Məşhur “Transfermarkt” Papunaşvilini “Kəpəz in futbolçusu kimi təqdim edib. Klub isə hələlik rəsmi açıqlama verməyib.

Shares: