“Qarabağ” tarixində 3-cü dəfə Norveç klubları ilə üz-üzə gələcək. Əvvəlki 3 oyunda cəmi 1 qolun vurulması maraqlı faktdır.
Futbolinfo.az xəbər verir ki, əslində, ağdamlıların Avropada uğur yürüşü məhz “Rusenborq” üzərində qələbə ilə başlayıb. 2009-cu ildə Norveçdə qolsuz bitən oyunun ardından Bakıda Rəşad Sadıqovun yeganə dəqiq zərbəsi ilə təmsilçimiz mərhələ adlamışdı.
“Qarabağ”ın bu ölkə təmsilçisi ilə növbəti dueli “Mölde”yə qarşı olmuşdu. 2020-ci ildə koronavirus pandemiyasına görə tərəflər münasibətlərinə yeganə oyunda aydınlıq gətirmişdi. Kiprin Larnaka şəhərindəki matçda hesab açılmamış, penalti seriyasında norveçlilər üstün olmuşdu – 6:5. Çempionlar Liqasının III təsnifat mərhələsindəki oyunda Bədavi Hüseynovun həlledici zərbəsi dəqiq olmamışdı.
Norveçlilərlə daha bir duelimiz 2013-cü ildə reallaşıb. O zaman Bakı “İnter”i Avropa Liqasında “Tromse”yə uduzmuşdu (0:2, 1:0).