“Qəbələ”nin müdafiəçisi Lukas Afriko komandanın uğursuz çıxışından danışıb.

Futbolinfo.az-a açıqlama verən braziliyalı uğursuzluq zolağından çıxacaqlarına inandığını bildirib: “Təəssüf ki, hələ qalib gələ bilməmişik. Bu, bizim üçün utandırıcıdır. Çünki yaxşı komandamız var. Lakin əsl gücümüz görünən kimi deyil. Əminik ki, vəziyyəti dəyişib qələbə qazana biləcəyik. Azarkeşlərimiz də komandaya inanır. Onların etimadını doğrultmaq lazımdır”.

Legioner bu tur liderlə oyunda tilsimi qırmağa çalışacaqlarını deyib: “Qarşıda “Zirə” ilə matç var. Bu oyunda mütləq qalib gələ bilərik. Hər şeyi edəcəyik ki, meydandan 3 xalla ayrılaq. Mövsüm başa çatanda avrokuboklar zonasında olmaq niyyətindəyik. Bu inam bizdə var”.

Shares: