“Barselona”nın futbolçusu Ansu Fatinin “Brayton”a keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.
20 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Fati bu mövsüm La Liqada 3 oyuna çıxıb. O, İspaniya millisinin də üzvüdür.