İngiltərənin “Mançester Yunayted” klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” “Tottenhem”dən Serxio Requilonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümündə icarə əsasında “Mançester Yunayted”in heyətində çıxış edəcək.

Qeyd edək ki, “Tottenhem” 2020-ci ilin sentyabr ayında Madrid “Real”ın dan transfer edib. İspaniya millisinin üzvü son mövsümü icarə əsasında “Atletiko”da keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp