“Barselona” “Atletiko”nun futbolçusu Joao Feliksi icarəyə götürüb. Bu barədə Kataloniya təmsilçisinin saytı məlumat yayıb.

Portuqaliyalı hücumçu 2023/2024 mövsümünü icarə əsasında “Barselona”da keçirəcək.

Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısındə icarə əsasında “Çelsi”də oynayıb. 23 yaşlı oyunçu İngiltərə Premyer Liqasında 16 matçda 4 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp