“Liverpul” “Bayern”dən yarımmüdafiəçi Rayan Qravenberxi transfer edib. Bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

Niderlandlı futbolçu dünən tibbi müayinədən keçib və uzunmüddətli müqavilə bağlayıb. O, “Liverpul”da 38 nömrəli formanı geyinəcək.

21 yaşlı futbolçu “qırmızılar”a 40 milyon avroya başa gəlib.

Shares: