Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.

Əvvəlcə cari mövsümə çox pis başlamış “Qəbələ” doğma meydanda ardıcıl 4 qələbə qazanmış “Zirə”ni sınağa çəkəcək.

Günün digər matçında “Sumqayıt” “Neftçi” ilə üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Turan Tovuz”a 0:3 hesabıyla məğlub olub. “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşləri sabah baş tutacaq.

Misli Premyer Liqası
5-ci tur
2 sentyabr

“Qəbələ” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu, 18:00

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”, 20:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp