Randal Kolo-Muani arzusuna çatdı. “Ayntraxt”ı PSJ-yə dəyişmək istəyən hücumçu transfer pəncərəsinin son günündə buna nail oldu.

Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi Frankfurt klubuna 90 milyon avro ödəyərək Fransa millisinin üzvünü düşərgəsinə gətirib. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Shares: