“Ximki”dən ayrılan Reziuan Mirzov karyerasını Azərbaycanda davam etdirəcək. Bu barədə “Championat” nəşri məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, adı daha əvvəl “Sabah”la hallanan 30 yaşlı cinah oyunçusu “Neftçi” ilə razılaşıb. Mirzov “ağ-qaralar”la müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayacaq.

2020-ci ildən “Ximki”də çıxış edən Reziuan 67 oyunda 14 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: