“Mançester Yunayted” “Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabatı transfer etdiyini açıqlayıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə klubu 27 yaşlı mərakeşli futbolçunu satin alma bəndi ilə 1 mövsümlük icarəyə götürüb.

Amrabat 2020-ci ildən “Fiorentina”nın şərəfini qoruyur. O , bu komandada 107 oyuna çıxıb. “Transfermarkt” portalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Shares: