Bolqarıstan çempionatında 8-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Pirin”lə qarşılaşıb və inamlı qələbəyə sevinib – 2:0.

Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Arda” hazırda 10 xalla 8-ci pillədə qərarlaşıb.

Shares: