“Qəbələ” Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün “Zirə” ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki turun görüşü Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Bu, iki komanda arasında 34-cü duel olacaq. İndiyədək rəqiblər 33 dəfə görüşüb. 13 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 45 qol vuran “qırmızı-qaralar” 29 top buraxıb.

İndiyədək keçirilən 33 görüşdən 31-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 11 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 38 qol vuran “qırmızı-qaralar” 27 top buraxıb.

“Qəbələ” 17-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 7 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 22 qol vuran “Qəbələ” 11 top buraxıb.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 18:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp