Misli Premyer Liqasının 5-ci turunun “Qəbələ” – “Zirə” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Zirə” yaxşı təşkilatlanmış komandadır və iddialılar sırasındadır. Bu matçadək enişli futbol göstərsək də, futbolçular dinamika və əzmkarlıqla göstərdi ki, komandanı hesabdan silmək tezdir. İnanıram ki, daha məzmunlu və hücumameylli futbol göstərəcəyik. Futbolçuları təbrik edirəm. Çətin də olsa, qələbə qazandılar. Bu gün hər iki komanda qələbəyə yaxın idi. Sevindiricidir ki, dörd oyunda komandadan almadığımı bu matçda mənə verdi. Heyətimiz geniş görünsə də, oyuna təsir edə biləcək futbolçular çox deyil. Güclənməyə ehtiyac var. Fasilədə bir futbolçu ilə güclənəcəyik. “Zirə” ilə bütün matçlarımız dinamik keçir. Bu gün azarkeşlər sürətli və dinamikası yüksək olan oyun gördülər”.