“Neftçi”nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 5-ci turunun “Sumqayıt”la oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonrakı mətbuat konfansında bunları söyləyib:

“Çox vacib üç xal qazandıq. Meydança amili bizə çətinlik yaradırdı. Amma üç xalı qazandığımıza görə şadam.

Yaxın günlərdə yeni transferləri görəcəksiz. Həmin transferlərdən sonra bizim üçün pəncərə bağlanacaq. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, lakin sonda qazanılan qələbə insanı sevindirir.

Dieqo Valdes komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, oyunumuza, məşqimizə baxıb komandaya adaptasiya olsun. Bu gün bir neçə dəqiqə oynadı. Ondan yararlanıb qol da vurdu. Göstərdi ki, qol da vura bilir. Onun performansı məni sevindirir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp