Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” evdə “Darmştadt”a böyük hesabla qalib gəlib. Leverkuzen təmsilçisi hazırda 9 xalla liderdir.

“Auqsburq” – “Bohum” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym” “Volfsburq”u, “Ştutqart” “Frayburq”u, “Verder” də “Maynts”ı məğlub yola salıb. Son çempion “Bayern” də səfərdə Mönhenqladbah “Borussiya”sına qalib gəlib.

Almaniya Bundesliqası
3-cü tur

1 sentyabr

Borussiya (Dortmund) – Haydenhaym 2:2
Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.

2 sentyabr

Auqsburq – Bohum 2:2
Qollar: Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64.

Bayer – Darmştadt 5:1
Qollar: Bonifase, 21. Palasio, 49. Bonifase, 61. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25.

Hoffenhaym – Volfsburq 3:1
Qollar: Bruks, 45+2. Beyer, 60. Skov, 74 – Tomas, 36.

Ştutqart – Frayburq 5:0
Qollar: Fuhrix, 8; 62. Jirassi, 17; 19. Millot, 75.

Verder – Maynts 4:0
Qollar: Duks, 3. Staqe, 53. Bittenkur, 82. Njinma, 83.

Borussiya (Mönhenqladbah) – Bayern 1:2
Qollar: İtakura, 30 – Sane, 58. Tel, 87.

3 sentyabr

17:30. Ayntraxt – Köln
19:30. Union Berlin – Leypsiq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp