Hələ 5-ci tur tamamlanmayıb. Lakin indidən Misli Premyer Liqasında məğlubiyyət görməyən komanda qalmayıb. Dünən yeganə qolla təslim olan “Zirə” və “Sumqayıt” siyahını tamamladı.

Çempionatda qələbə qazanmayan da qalmayıb. Rəqiblərində geri düşən “Qəbələ” uğursuz seriyanı dayandırmağı bacardı. Həm də elə bir zamanda ki, növbətisi reallaşsa, uğursuz gedişatı dayandırmaq çətin olacaqdı.

Bütün bunlar dünən baş tutan iki oyunun yekununda dəqiqləşdi. Autsayderin lideri yenməsi ilə komandalar arasındakı xal fərqi böyümədi, onlar bir-birindən ən pis halda 3 xal aralıdadır. Bir qələbə hamını bir neçə pillə önə ata bilər.

Qələbəsiz “Qəbələ”nin xal otirməyən “Zirə”ni yenməsi ilə hər iki komandanın seriyası bitdi. Bəlkə də bu gözlənilən idi. Bu rəqibi səfər oyunlarında yenməyi çoxdan unutmuş qəsəbə təmsilçisi ən yaxşı dönəmində də sindromu qıra bilmədi. İlk yarını mükəmməl keçirən meydan sahibləri yalnız fiziki hazırlığının yerində olmadığı hiss olunan vaxt – saatın tamamında geri oturmalı oldu. Rəhim Sadıqovla bir nəfər azlıqdaymış kimi çıxış edən qonaqlar o əvəzləndikdən sonra hücumlarının sayını artırdı, amma istəyinə nail ola bilmədi.

“Qəbələ” yaxşı futbol oynayır. Nəticələr uğursuz olsa da, baş məşqçi Elmar Baxşıyev oyun anlayışına sadiqdir. Və bu oyun tərzi əvvəl-axır nəticəsin verməli idi. Çalışdırıcının məğlub heyətə əl gəzdirməsi ilə toparlanan komanda hətta iddialıların qol vura bilmədiyi “Zirə” müdafiəsini yarmağa nail oldu. “Qartallar” yayda rəqibin iki əsas müdafiəçisini alsa da, onun mübariz ruhuna xələ gətirə bilməyib. Taleyin ironiyasıdır, məhsuldar türmə Məqsəd İsayevin cinahından verildi, top Ruan Renatoya toxunub tora daxil oldu.

“Zirə” bu mövsümdə ilk dəfə hesabda geri düşdüyü matçı çevirə bilmədi. Komandanın ilk məğlubiyyətə necə reaksiya verdiyini isə növbəti turda görəcəyik. O dəqiqdir ki, “qartallar” hələ ən yüksək hədəf üçün hazır deyil, lakin iddialı olmağa davam edəcək.

“Sumqayıt” isə enişə davam edir. Ardıcıl qələbələrdən sonra ötən tur heç-heçə edən komanda bu dəfə ilk ev oyununda məğlubiyyət aldı. Komandanın ehtiyatda bir oyunu olduğunu nəzərə alsaq, hələ də 2-ci pilləyə yüksəlmək üçün potensial imka var. Amma komandanın oyu tərzi artıq rəqiblər üçün sirr deyil. Bu üzdən “kimyaçılar”ın üst pillələrdə qalması çox çəkməyəcək.

401577264f383b38abb7 - Futbolinfo.az

“Neftçi bəlkə də qələbəyə layiq oyun sərgiləmədi. Komanda meydan sahiblərindən üstün görünsə də, hələlik tam formada deyil, heyət “oturuşmayıb”. Bununla belə, usta oyunçuların sayəsində xallar qazanılır. Bu dəfə debütant legionerin həlledici zərbəsi ardıcıl ikinci qələbəni gətirdi.

Çempionat maraqlı keçir. Səviyyənin yüksək olmasından danışa bilməyəcəyik, bununla belə, gərginlik var, güzəştsiz mübarizə gedir. Qışa kimi belə davam edəcək, komandalar əsl oyununu tapana kimi büdrəmələr olacaq. Mövsümün ikinci yarısında isə konkret hədəflər uğrunda mübarizəni izləyəcəyik.

FƏRİD

Shares: