Dünən basketbol üzrə dünya çempionatında 17-32-ci yerlər uğrunda oyunlar başa çatıb. Onların nəticəsinə görə olimpiadada iştirak edəcək daha 8 komanda məlum olub.

Misir, Finlandiya, Yeni Zelandiya, Meksika, Livan, Filippin, Anqola və Kot d`İvuar komandaları daha əvvəl vəsiqə qazanmış 8 komandaya qoşulub. Monteneqro, Yunanıstan və Gürcüstan komandaları da pley-off mərhələsinə şansını əldən vermələrinə baxmayaraq, gələn il Parisdə oynamaq hüququ qazanıb. Onlardan əvvəl isə Olimpiya təsnifat turnirlərində qalib gələn Baham adaları, Xorvatiya, Polşa, Kamerun və Bəhreyn vəsiqəni təmin etmişdi.

Qalan 8 vəsiqə dünya çempionatının son mərhələsində müəyyənləşəcək. Qalan 7 Avropa komandasından 5-i olimpiadaya lisenziya qazanacaq. Daha 3 komanda isə Amerikadan olacaq. Bu zonaların ən yaxşı iki komandası birbaşa Parisə vəsiqə əldə edəcək.

Əlavə edək ki, zonalar üzrə Cənubi Sudan (Afrika), Fransa (ev sahibi), Yaponiya (Asiya) və Avstraliya (Okeaniya) da Olimpiya oyunlarında iştirak edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp