Futbol üzrə İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Lozanna Uşi” ilə qarşılaşıb və 1:2 hesabıyla uduzub.

Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Qrasshopper” hazırda 4 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp