Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Ayxan Əlizadə – Sabah
  4. Məsud Əlişanlı – EFA
  5. Əhməd Tarverdiyev – Sabah
  6. Səmid Əhmədov – Qəbələ
  7. Məhəmməd İmaməliyev – Neftçi
  8. Vüsal Paşayev – Sumqayıt
  9. Nadir Orucov – Sumqayıt
  10. Rəşad Alışov – Sabah
  11. Tuncay Əhmədov – Sabah
  12. Əkbər Məhərrəmov – Sabah
  13. Ömər Kərimov – Qəbələ
  14. İslam İsmayılzadə – Sabah
  15. Əmir Əliyev – Sabah
  16. Babamirzə Mehdiyev – Sabah
  17. Anar Hüseynov – Sabah
  18. Ziya Şəkərxanov – Qəbələ
  19. Emin Feyzullayev – Sabah
  20. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Amid Qasımov – Qarabağ
  23. Ümid Səlimov – Sabah
  24. Röyal Fərzullazadə – Neftçi
Shares: