“Qarabağ” FK-nın koordinatoru Aftandil Hacıyev və Ağdam klubunun U-15 komandası Türkiyə nəhəngi “Qalatasaray”ın akademiyasını ziyarət ediblər.

Futbolinfo.az xəbər verir ki, “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik “Qarabağ” akademiyasının üzvlərini qəbul ediblər.

Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı barədə fikir mübadiləsi aparılıb.

Shares: