Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Üç qolluq qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Turun son matçında isə “Səbail” son çempion “Qarabağ”ı qəbul edəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”a (0:3), “Sumqayıt” “Neftçi”yə (0:1) məğlub olub, “Qəbələ” isə “Zirə” üzərində qələbəyə (1:0) sevinib.

Misli Premyer Liqası
5-ci tur

3 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Mate Kvirkviya, 78-pen – Orxan Əliyev, 40-pen; 45.
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Gəncə şəhər stadionu, 17:00.

Kəpəz: 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya.
Baş məşqçi: Azər Məmmədov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp