“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində Serbiyada baş tutacaq təlim-məşq toplanışı zamanı yerli klublarla 6 yoldaşlıq görüşü keçirəcək.

Futbolinfo.az xəbər verir ki, komanda bu məqsədlə sentyabrın 6-da Belqrada yollanacaq.

Toplanışın sentyabrın 18-dək təşkili nəzərdə tutulub. Komanda hazırlığını “Srvena Zvezda”nın təlim-məşq bazasında keçəcək.

“Sabah”ın yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblər:
8 sentyabr. “Sabah” – “Vrsaç”
10 sentyabr. “Sabah” – “Radniçki”
13 sentyabr. “Sabah” – “OKK Belqrad”
15 sentyabr. “Sabah” – “Boraç Zemun”
16 sentyabr. “Sabah” – “Srvena Zvezda 2”
17 sentyabr. “Sabah” – “Zlatibor”

Shares: