Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son matçında isə “Səbail” son çempion “Qarabağ”ı qəbul edib.

Üç qolun qeydə alındığı matç Ağdam təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”a (0:3), “Sumqayıt” “Neftçi”yə (0:1) məğlub olub, “Qəbələ” isə “Zirə” üzərində qələbəyə (1:0) sevinib. Bu gün baş tutan ilk oyunda isə “Kəpəz” evdə “Araz-Naxçıvan”a uduzub.

Azərbaycan Premyer Liqası
5-ci tur

3 sentyabr

“Səbail” – “Qarabağ” 2:1
Qollar: Aleksandr Ramalinqom, 17-pen; 41 – Hamidu Keyta, 3.
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
“ASCO Arena”, 19:30.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 6. Cabir Əmirli, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp