“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 5-ci turu çərçivəsində doğma meydanda qarşılaşdıqları “Araz-Naxçıvan”la oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun bizim üçün hansı əhəmiyyət daşıdığını bilirdik. Normal düşünsək, “Araz-Naxçıvan” çempionatda bizim əsas rəqibimizdi. Və bu oyun bizə görə 6 xallıq matç idi. Təəsüflər olsun ki, bu gün xalı “Araz-Naxçıvan”a verdik. İki fərqli hissə oldu. “Turan Tovuz” ilə görüşdə olduğu kimi ilk yarıda qısa zamanda iki qol buraxdıq. Topları da öz səhvlərimizdən buraxdıq. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. Buna baxmayaraq, ikinci hissədə çalışdıq ki, fərqi azaltdıq. Təəsüflər olsun ki, tam bacara bilmədik. Çempionat yeni başlayıb. 5 tur keçib. Uzun marafon var. Çalışmaq lazımdır. Hücum xəttində dişsizlik görünür. Fasilə dövründə bunun üzərində işləyəcəyik ki, çatışmazlıqları aradan qaldıraq”.