İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Kristal Pelas” “Vulverhempton”u, “Liverpul” isə “Aston Villa”nı məğlub yola salıb. Turun mərkəzi oyununda isə “Arsenal” doğma meydanda “Mançester Yunayted”ə qalib gəlib.
Hazırda “Mançester Siti” 12 xalla vahid liderdir. “Tottenhem”, “Liverpul”, “Vest Hem” və “Arsenal” 10 xal toplayıblar.
İngiltərə Premyer Liqası
4-cü tur
1 sentyabr
Luton Taun – Vest Hem 1:2
Qollar: Andersen, 90+2 – Bouen, 37-pen – Zuma, 85.
2 sentyabr
Şeffild Yunayted – Everton 2:2
Qollar: Arçer, 33. Pikford, 45+3-öz qapısına – Dukure, 14. Danjuma, 55.
Brentford – Bornmut 2:2
Qollar: Yensen, 7. Mbeumo, 90+3 – Solanke, 30. Bruks, 77.
Börnli – Tottenhem 2:5
Qollar: Foster, 4. Braunhill, 90+4 – Son, 16; 63; 66. Romero, 45+2. Meddison, 54.
Çelsi – Nottingem Forest 0:1
Qol: Elanqa, 48.
Mançester Siti – Fulhem 5:1
Qollar: X.Alvares, 31. Ake, 45+5. Haland, 58; 70-pen; 90+5 – Rim, 33.
Brayton – Nyukasl 3:1
Qollar: Ferquson, 27; 65; 70 – Uilson, 90+2.
3 sentyabr
Kristal Pelas – Vulverhempton 3:2
Qollar: Eduard, 56; 84. Eze, 78 – Hvanq, 65. Kunya, 90+6.
Liverpul – Aston Villa 3:0
Qollar: Soboslai, 3. Kaş, 22-öz qapısına. Salah, 55.
Arsenal – Mançester Yunayted 3:1
Qollar: Edeqor, 28. Rays, 90+6. Q.Jezus, 90+11 – Reşford, 27.