Basketbol üzrə dünya çempionatında dünən qrup mərhələsinin son oyunları keçirilib.

Maraqla gözlənilən Kanada – İspaniya qarşılaşmasında Amerikadan olan basketbolçular qalib gəliblər. Son perioddan əvvəl 12 xal üstün olmasına baxmayaraq, İspaniya 85:88 hesabı ilə məğlubiyyətə uğrayıb. Bununla da son dünya çempionları turnirlə vidalaşmalı olublar. Kanada isə pley-ofa yüksəlməyi bacarıb.

Ən gözlənilməz nəticələrdən biri Litvanın ABŞ-ni məğlubiyyətə uğratması olub. Buna baxmayaraq, ABŞ də növbəti mərhələyə adlayıb. Onların rəqibi İtaliya milli komandası olacaq. Litva isə ¼ finalda Serbiya ilə qarşılaşacaq.

Turnirin digər sensasiyası Latviya yarımfinala çıxmaq uğrunda oyunda Sloveniya ilə üz-üzə gələcək. Son ¼ final oyunu isə Kanada ilə Almaniya milli komandaları arasında olacaq.

Xatırladaq ki, dünya çempionatının final oyunu sentyabrın 10-da baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp