Türkiyə Superliqasının cari mövsümünə uğursuz startı Əmrə Belözoğluna bağışlamadılar. “Başakşəhər” rəhbərliyi 3 oyuna 3 məğlubiyyətin ardından gənc baş məşqçini istefaya göndərdi.

Futbolinfo.az xəbər verir ki, son turda evdə “Konyaspor”a məğlubiyyət Belözoğlu ilə yolların ayrılmasına kifayət etdi. Klub baş məşqçi lə yolların ayrıldığını rəsmən bəyan etdi.

2021-ci ilin oktyabrında bu posta təyinat alan Emre ötən mövsüm uğurlu nəticələrə imza atmışdı. Lakin bu il işlət yaxşı getməyincə yollar ayrıldı.

Shares: