İtaliya A Seriyasında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 4 görüş qarşılaşma baş tutub.
“İnter” evdə “Fiorentina”nı 4 cavabsız qolla məğlub edib. “Torino” “Cenoa”nı, “Leççe” də “Salernitana”nı məğlub yola salıb. “Yuventus” isə “Empoli”yə səfərdə qalib gəlib.
Hazırda “İnter”lə “Milan” 9 xalla zirvəyə şərikdirlər. “Yuventus”la “Leççe”nin 7, “Atalanta”, “Napoli” və “Verona”nın 6 xalı var.
İtaliya A Seriyası
3-cü tur
1 sentyabr
Sassuolo – Verona 3:1
Qollar: Pinamonti, 11. Berardi, 63; 73 – Nqonqo, 56.
Roma – Milan 1:2
Qollar: Spinatsola, 90+2 – Jiru, 9-pen. Leao, 48.
2 sentyabr
Bolonya – Kalyari 2:1
Qollar: Zirkze, 59. Fabbian, 89 – Luvumbo, 22.
Udineze – Frozinone 0:0
Atalanta – Montsa 3:0
Qollar: Ederson, 35. Skamakka, 42; 62.
Napoli – Latsio 1:2
Qollar: Zelinski, 32 – Luis Alberto, 30. Kamada, 52.
3 sentyabr
İnter – Fiorentina 4:0
Qollar: Turam, 23. L.Martines, 53; 73. H.Çalhanoğlu, 58-pen.
Torino – Cenoa 1:0
Qol: Radonyiç, 90+4.
Empoli – Yuventus 0:2
Qollar: Danilo, 24. Kyeza, 82.
Leççe – Salernitana 2:0
Qollar: Krstoviç, 6. Strefetsa, 90+8-pen.