“Mançester Yunayted”də klubdaxili ab-hava qaydasında deyil. “Arsenal”a dünənki məğlubiyyətdən (1:3) sonra vəziyyət bir qədər də qarışıb.
Futbolinfo.az xəbər verir ki, komandanın oyunçularından Ceydon Sanço oynamaması ilə bağlı baş məşqçi Erik tenHaqın dediklərini sosial şəbəkədəki paylaşımı ilə təkzib edib: “Xahiş edirəm, hər oxuduğunuza inanmayın. Heç kimin haqqımda yalan məlumat yaymasına icazə verməyəcəyəm. Həmişə olduğu kimi bu həftə də məşqdə çox yaxşı çıxış etdim. Əminəm ki, oyuna daxil olmamağımın başqa səbəbləri var. Artıq uzun müddətdir özümü günahkar hiss edirəm, bu, ədalətli deyil. Sadəcə, oynamaq və komandama kömək etmək istəyirəm. Məşqçilər korpusunun bütün qərarlarına hörmətlə yanaşıram, komandada fantastik oyunçularla oynayıram, ona görə də hər həftə özümü göstərmək üçün yeni çağırışdır. Nə olursa olsun mübarizəmi davam etdirəcəyəm”.
Xatırladaq ki, daha öncə ten Haq Sançonun məşqlərdə özünü göstərə bilmədiyi üçün Londona aparılmadığını demişdi.