Azərbaycan millisinin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb. Bu barədə Naxçıvan klubu məlumat yayıb.

Sentyabrın 7-də bir araya gələcək komanda həmin gün Qəbələyə yollanacaq və ayın 11-dək məşqlərini orada davam etdirəcək. Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək.

Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.

Shares: