“Atletiko”nun cinah hücumçusu Yannik Karrasko Səudiyyə Ərəbistanına gedib. Yığmamızın AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika millisinin üzvü “Əl Şabab”la müqavilə bağlayacaq.

Futbolinfo.az xəbər verir ki, tibbi müayinədən uğurla keçən futbolçu 3 illik müqavilə bağlayacaq. Tezliklə rəsmi açıqlama veriləcək. Madrid klubu bu transferdən 15 milyon avro qazanacaq.

2015-ci ildə “Monako”dan “Atletiko”ya transfer olanan Karraskonun ispanlarla müqaviləsi gələn yay başa çatacaqdı. 30 yaşlı futbolçu Madriddə oynayarkən iki dəfə qısa müddətə Çin klublarına icarəyə verilmişdi. İndi isə o, Avropanı birdəfəlik tərk edir.

Shares: