“Əl Kadisiya” komandasının baş məşqçisi Robbi Fauler “Liverpul”un hücumçusu Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına keçəcəyindən əmindir.
“Hazırda futbolda ən böyük sual Salahın “Liverpul”dan ayrılma məsələsidir. Baş verən hadisələrdən aydın olur ki, “Əl İttihad” klubu təslim olmayacaq. Bu isə o deməkdir ki, yaxın günlərdə Salah İngiltərədən ayrılacaq”, – deyə Fauler “Mirror” nəşrinə müsahibəsində qeyd edib.
Salah bu mövsüm “Liverpul”un heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayında başa çatır.
“Transfermarkt” portalı oyunçunu 65 milyon avro dəyərində qiymətləndirir. Lakin ərəblər son olaraq 150 milyon avroluq rəsmi təklif göndərib. Səudiyyə Ərəbistanında transfer pəncərəsi hələ bağlanmayıb.