Şahmat üzrə keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen klassik şahmatdakı uğurlarından danışıb. Xatırladaq ki, bir müddət əvvəl norveçli qrossmeyster Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun qalibi olmuşdu.
“Mən özümü əla hiss edirəm. Ən çox qazanmaq istədiyim bir neçə kubok var idi, onların da öhdəsindən gəldim. Hazırda kolleksiyam tamdır. Bu, çox gözəl hissdir, çox xoşbəxtəm. Klassik şahmatda hər şeyə nail olmuşam. Sözsüz ki, qarşınıza başqa məqsədlər qoya bilərsiniz, amma indi karyeramın sonuna çox yaxın olduğumu hiss edirəm”, – deyə Karlsen NRK agentliyinə müsahibəsində qeyd edib.
Xatırladaq ki, Maqnus dünya çempionu titulunu müdafiə etməkdən imtina etməsinə baxmayaraq, FİDE reytinqində ilk nömrə olaraq qalır. Şahmat üzrə 16-cı dünya çempionu bu titulu 2013-2023-cü illər aralığında özündə saxlayıb.