Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.