Kasper Şmeyhel özünə yeni klub tapıb. Danilmarkalı qolkiper karyerasını Belçikada davam etdirəcək.

Futbolinfo.az xarici insayderlərə istinadla xəbər verir ki, o, “Anderlext”lə müqavilə bağlamağa yaxındır. Azad agent olan Şmeyhel 2024-cü ilin yayınadək nəzərdə tutulan anlaşmaya razılıq verib. Müqavilə gün ərzində elan olunmalıdır.

“Nitsa” ilə müqaviləsinə xitam verilən Kasper sentyabrın ilk günündən azad agentdir. 11 il oynadığı “Lester”dək çıxışı ilə məşhurlaşan 36 yaşlı danimarkalı indiyədək yalnız İngiltərədə, qısa müddət isə Fransa və Şotlandiyada oynayıb. Belçika Şmeyhel üçün yeni təcrübə olacaq.

Shares: