Cənubi Sudanla matçda (115:83) zədələnən serbiyalı basketbolçu Borişa Simaniçin böyrəyi çıxarılıb. Simaniç matçın bitməsinə iki dəqiqə qaldıqda böyrək nahiyəsinə dirsək zərbəsi almışdı.

Baş məşqçi Svetislav Peşiçin sözlərinə görə, oyunçunun güclü qanaxması olub və lazım olan qan qrupunu tapmaq çətinlik törədib.

Serbiya Basketbol Federasiyası basketbolçunun böyrəyinin və onun bütün funksiyalarının qorunduğunu bildirsə də, sonradan yeni məlumatlar ortaya çıxıb. Federasiyanın açıqladığına görə, Simaniçin orqanizmində yaranan fəsadlar əməliyyatın edilməsinə məcburiyyət yaradıb.

Basketbolçu artıq bu turnirdə oynamayacaq. Onun gələcək karyerası da sual altındadır.

Shares: