Nikolas Pepe karyerasını Türkiyədə davam etdirə bilər. Fransalı hücumçu yeni klubu ilə müqavilə bağlamaq üçün Türkyəyə gəlir.

Futbolinfo.az xəbər verir ki, Avropada transfer pəncərəsi bağlandığı üçün klublarındakı durumundan məmnun olmayan bir çox futbolçular digər ölkələrə üz tutur. “Pəncərə”nin bağlanmadığı Türkiyə Super Liqası bu baxımdan münasib çempionatdır.

“Arsenal”da əsas heyətə düşməyən Pepe də çixiş yolunu bunda görüb. Fransalı hücumçu ən azı növbəti mövsümü icarədə keçirə biləcəyi klub axtarır. 2019-cu ildən londonlulara məxsus olan Pepe ötən mövsümü “Nitsa”da keçirdikdən sonra geri dönüb.

18 milyon avro dəyərində olan Nikolasın birdəfəlik transferi də mümkündür. Onun “Fənərbağça” və ya “Beşiktaş”dan birini seçəcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp