Kosovo çempionatında 4-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevun formasını geyindiyi “Lapi” də matçına çıxıb.

Sözügedən kollektiv 4-cü tur çərçivəsində “Priştina”nı qəbul edib. Qarşılaşma qolsuz bitib – 0:0. Araz görüşün 78-ci dəqiqəsində meydana buraxılıb.

“Lapi” hazırda 7 xalla 4-cü pillədə qərarlaşıb.

Shares: