Serxio Ramos keçmiş klubu “Sevilya”ya transfer olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə “Sevilya”dan Real”a transfer olunmuşdu.

Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. 2022/2023 mövsümündə o, PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb və 4 qol vurub.

Shares: