Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.
Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Xorvatiyada, İspaniyada, Litvada, Fransada, Yaponiyada, Avstriyada, Almaniya, Polşada, Sloveniyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.
Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcək.
Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar
-48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
-78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Oğlanlar
-60 kq
Nizami İmranov
-66 kq
Nicat Nağıyev
Aydın Rzayev
-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə
-81 kq
Ömər Rəcəbli
-90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov
+100 kq
Kənan Nəsibov