“Qalatasaray” “Tottenhem”in iki futbolçusunu transfer edib. Müdafiəçi Davinson Sançes və yarımmüdafiəçi Tanqi Ndombele karyeralarını “Cim-Bom”un heyətində davam etdirəcəklər.

Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi oyunçuların həm özləri, həm də klubları ilə hərtərəfli razılığa gəlib. Hətta bununla bağlı Türkiyə Futbol Federasiyasına da sənəd təqdim olunub. Sançes və Ndombele İstanbula gələrək, yeni komandaları ilə münasibətləri rəsmiləşdirəcəklər.

Kolumbiyalı Sançeslə müqavilənin müddəti 3+1 illik nəzərdə tutulub. Fransalı Ndombelenin sözləşməsinin detalları barədə isə açıqlama verilmir.

Shares: