“Mançester Yunayted”in brazilyalı futbolçusu Antoninin başı dərddədir. Keçmiş sevgilisinin şikayəti üzündən o, məhkəmə qarşısına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Qabriela Kavallini Antonidən şikayət edib. O, hamilə olan zaman futbolçu tərəfindən zorakılığa məruz qaldığını, barmağının kəsilməsi ilə təhdid edildiyni bildirib.

Antoni hər hansı ailədaxili problem yaşamadığını deyərək keçmiş sevgilisinin ittihamlarını rədd edir. O, bu barədə sosial şəbəkədə də paylaşım edib. Amma polis şikayət əsasında araşdırmaya başlayıb.

San Paulu məhkəməsinə təhdid və fiziki təzyiqlə bağlı foto/videogörüntülər təqdim edən Qabriellanın ittihamları cidddir. Elə bu üzdən Braziliya Futbol Federasiyası araşdırma bitənədək Antonini milli komandanın düşərgəsindən uzaqlaşdırıb. Dünən gecə bu barədə rəsmi açıqlama verilib.

Shares: