“Qarabağ”ın legioner futbolçuları milli komandalara dəvət alıblar.

Futbolinfo.az xəbər verir ki, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.

Leandro Andrade Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.

Qapıçı Luka Quqeşaşvili də Gürcüstan yığmasından dəvət alıb. Gürcülər AÇ-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp