İran milli komandasının baş məşqçisi Hakan Dəmir basketbolçulara vətəndaşlıq verilməsinə qarşı çıxaraq Beynəlxalq Basketbol Federasiyasını (FIBA) problemə diqqət yetirməyə çağırıb.

“Mən bunun tamamilə əleyhinəyəm. Bu qadağan edilməlidir. Milli komandada yerli və ya ən azı o ölkədə doğulmuş oyunçular oynamalıdır.

Bu, FIBA-nın milli komandalarla bağlı verə biləcəyi qərardır. Bir çox məşqçilər bu vəziyyətdən şikayətlənirlər. Məsələn, Livanla oynayırıq və onların bizdə olmayan milliləşdirilmiş oyunçusu var. Bunun ədalətli rəqabət olduğunu necə deyə bilərik? FIBA milliləşdirilmiş oyunçulara icazə verməmək qərarına gəlməlidir. Buna son qoya bilərsiniz.

Əgər bu qayda hamı üçün eynidirsə, o zaman tətbiq oluna bilər. Belə olan halda kiçik problemlər olacaq, ancaq onlar həll ediləsi problemlərdir. Misal üçün Türkiyə milli komandasını götürək. Onlar milliləşmiş oyunçulardan imtina edə bilməzlər.

Hətta İspaniya da milliləşdirilmiş oyunçu ilə Avropa çempionu olur. Təəssüf ki, yüksək səviyyədə qalmaq və rəqabətə davamlı olmaq istəyirsinizsə, bunu etməlisiniz. Belə bir qərarı yalnız FIBA verə bilər”, – deyə Hakan Dəmir “Eurohoops” nəşrinə müsahibəsində bildirib.

Shares: