UEFA-nın baş hakimi Roberto Rozetti hakimlərdən mübahisələrə, simulyasiyalara və digər intizam pozuntularına görə oyunçuları daha ciddi cəzalandırmağı tələb edib.

“Artıq hərəkət etmək vaxtıdır. Hakimi aldatmaq, yalandan zədələndiyini göstərmək, hər hansı simulyasiya və oyunu gecikdirmək cəhdlərinə görə sarı vərəqə göstərilməlidir. Təhqiredici və ya qıcıqlandırıcı davranış hallarında isə cəza qırmızı vərəqə olmalıdır.

Təbii ki, futbol emosiya oyunudur, lakin futbolçu və ya məşqçinin hakimə qarşı təhqiredici hərəkətləri emosiya sayıla bilməz. Futbolun imicini qorumaq bizim borcumuzdur. Biz futbolu sevən gənc oğlan və qızlara yaxşı nümunə olmalıyıq. İstəyimiz hakimlərimizin güclü olmaları və xarakter nümayiş etdirmələridir”, – deyə Rozetti UEFA-nın rəsmi saytına müsahibəsində qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp