“Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olan İsveç klubu “Hakken” aparıcı futbolçusu İbrahim Sadiqi satıb.

Futbolinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu adıçəkilən ölkənin “Alkmar” klubuna keçib.

Alkmaar təmsilçisi “transfer pəncərəsi”nin son günündə qanalı forvardın keçidini rəsmiləşdirib. “Hakken” bu satışdan 4 milyon avro gəlir əldə edib. Oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.

“Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer” klubuna qarşı keçirəcək. İsveç təmsilçisi 2-ci tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp